​İŞİD-in 11 rəhbəri məhv edildi

2 ay ərzində İŞİD-in rəhbərlərindən 11-i məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ koalisiyasının bəyanatında deyilib.
“Terrorçulardan 7-si Suriyanın Mayadin şəhərində, 2-si Suriyanın müxtəlif regionlarında, digər 2-si isə İraqda öldürülüb”, - deyə açıqlamada bildirilib.
Məhv edilən şəxslərin İŞİD-də terrorçuluqla bağlı müxtəlif sahələrə komadanlıq etdiyi vurğulanıb.