"“İsgəndər"lər bizim deyil..." - ERMƏNİ EKSPERT

Hər kəs, hətta ekspertlər də əmindirlər ki, Ermənistandakı "İsgəndər"lər faktiki olaraq bizim orduya məxsus deyil.
 
Bu sözlər erməni ekspert Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“İsgəndər"lər Kalininqradda da yerləşdirilib. Rusiya rəsmilərinin özləri tez-tez Ermənistanı Kalininqradla müqayisə edirlər. Ehtimal böyükdür ki, hər iki ərazidəki "İsgəndər"lərin atəş əmrini yalnız Putin verə bilər. Təsadüfi deyil ki, Moskva birləşmiş qoşun qruplaşmaları ilə bizim ordu üzərində nəzarəti bərpa edir”, – deyə məqalədə bildirilib.