“İsgəndər Həmidovun səhhəti çox kritikdir” - HƏKİMİ ÜMİDSİZ DANIŞDI

Baxış sayı:
2137

“İsgəndər Həmidovu başqa xəstəxanaya yerləşdirməyə daha ehtiyac yoxdur, vəziyyəti çox pisdir”.

Bunu Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib.

O, türkiyəli mütəxəssislərin də xəstəyə əlac tapa bilmədyini vurğulayıb:

“İsgəndər Həmidovun səhhəti çox kritikdir. Əvvəlkinə nisbətdə indi çox geriləmə müşahidə olunur. Türkiyədən iki nəfər neyro-cərrah və revmotoloq mütəxəssis gəldi. Onlar da konsultasiyadan sonra bildirdilər ki, xəstəni başqa xəstəxanaya köçürməyə ehtiyac yoxdur, artıq vəziyyət çox pisdir”.

Xatırladaq ki, İsgəndər Həmidov yanvarın 24-dən etibarən komaya düşüb və hazırda “City Hospital”da reanimasiyadadır.