İsgəndər Həmidov Cavid Qurbanova rəqib oldu

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.
Modern.az saytının məlumatına görə, İsgəndər Həmidov Müsavat Partiyasının namizədi kimi qeydə alınıb.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da eyni dairədən deputatlığa namizəddir. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.