İşğaldan azad olunan əraziyə daxil olan şəxslər minaya düşdü - FÜZULİDƏ

Baxış sayı:
960

Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə 1-i yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.