İşğalçılar "seçki" keçirib Xankəndinə yeni "mer" seçdilər - DOSYE

Baxış sayı:
13162

Dünən işğal altında olan Azərbaycanın Xankəndi şəhərində seperatçı rejim tərəfindən "mer seçkiləri" keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, "seçkilərin" nəticələrinə görə David Sarkisyan Xankəndinin yeni "meri" seçilib.
Seperatçı rejimin "seçki komissiyası"ndan bildirilib ki, "seçkilərdə" 21 min seçici iştirak edib. David Sarkisyan 37% və ya "seçicilərin" 7 min 787-nin səsini alıb. İkinci yerdə 4 min 765 səslə Qriqori Saakyan, üçüncü yerdə isə Areq Avakyan (3 min 125 səs) yer alıb.
Məlumatda bildirilir ki, heç bir partiyanın üzvü olmayan David Sarkisyan "Consult Finance Group" şirkətinin sahibidir. Sarkisyan eyni zamanda qondarma "Artsax kikboksinq federasiyası"nın da sədridir.