İşğalçı ordu Dağlıq Qarabağda təlimlərə başlayıb

İşğal altında olan Dağlıq Qarabağda düşmənin qanunsuz silahlı birləşmələri komanda-qərargah təlimlərinə başlayıb.
 
Ermənistan KİV yazır ki, , təlimlər müdafiə və hücum döyüşlərini əhatə edir.
Ermənistanın Cenevrə danışıqlarından sonra işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi düşmənin qeyri-kostruktivliyini nümayiş etdirməklə yanaşı, gələcək danışıqları da sual altında qoyur.