​"İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır" - NAZİR

Baxış sayı:
9185

 “Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var”.
 
Muxalifət.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, nazirlik bununla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət edib: “Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük”.
Nazir qeyd edib ki, işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir./apa/