İşğal bölgəsinin adı dəyişdirilir - SENSASİON ADDIM

Baxış sayı:
560

“Krım Respublikasına tarixi Tavrida adının verilməsi təşəbbüsü geniş ictimai müzakirədən keçməlidir, bunun hərtərəfli dəstək alacağını düşünürəm”.

Bunu Rusiya prezidentinin Ukraynanın işğal edilmiş Krım bölgəsindəki daimi nümayəndəsi Georgi Muradov deyib.

Muradovun sözlərinə görə, belə bir təklif geniş ictimai müzakirədən keçməli və hərtərəfli dəstək almalıdır: “Bundan sonra formalaşdırılmış və əsaslandırılmış mövqe Krım Respublikasının Dövlət Şurasına müraciət şəklində rəsmiləşdirilə bilər”.

Bundan əvvəl yunan regional milli-mədəni muxtariyyətinin başçısı İvan Şonus Krıma Tavrida adının verilməsi təşəbbüsü ilə çıxış edib. Lakin o, Krımda yaşayanların hələlik buna hazır olmadığını deyib.

Buna oxşar təşəbbüs Simferopolda keçirilən “Krım Elladası: Tavridanın yunan iris” adlı simpoziumda səslənib.

“Tavrika” (“Tavrida”, “Tavrika”) Krımın qədim adıdır. Qədim yunanlar əvvəlcə Krımın cənub sahillərini “Tavrika” adlandırdılar, erkən orta əsrlərdə bu ərazilər Krım kimi tanınırdı.

“Tavrida” 1783-cü ildə Rusiyaya birləşdirilib. Yarımada 1920-ci illərə qədər Krım Sovet Sosialist Respublikasının yaranmasından əvvəl Tavrida adlanırdı./teleqraf