İşdən sonra taksi sürmək mümkün OLMAYACAQ

Baxış sayı:
6580

Bakı Nəqliyyat Agentliyi (BNA) 17 min nəfərlik işsiz ordusu yaratmağa hazırlaşır.
BNA -nın sədri Vüsal Kərimli taksi şirkətlərinin fəaliyyəti ilə bağlı suala cavab verərkən Bakıda 22 – 25 min arası taksinin fəaliyyət göstərdiyini bildirib. Daha sonra isə “Bizim hesbalamalarımıza əsasən Bakıda 8500 taksi fəaliyyət göstərməlidir” ifadəsini işlədib.
25 min taksinin 8500 – ə qədər azalması 16 min 500 nəfərin işsiz qalması deməkdir.
Bununla bağlı BNA -nın sözçüsü Mais Ağayev bildirib ki, söhbət qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlardan gedir. Aparılan təhlillərə görə onu da deyə bilərik ki, bu gün taksi fəaliyyəti ilə məşğul olanların böyük əksəriyyəti ikinci iş olaraq minik avtomobili ilə taksi xidməti göstərir.
Buradan isə bəzi suallar meydana çıxır: 16.500 nəfər insanın qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasını BNA necə hesablayıb? Bu vaxta qədər taksi fəaliyyəti ilə qanunsuz şəkildə məşğul olunubsa, BNA nə işlə məşğul olub? Ən asası isə bu qədər insanın ikinci iş yeri olaraq taksi fəaliyyəti göstərməsini BNA -i hansı statistikaya əsasən deyə bilir? /kommersant.az