İşdən çıxarılan qadın sirkə içərək intihar etmək istədi

Baxış sayı: 20

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər
 
Tovuz rayonunda işindən çıxarılan qadın intihara cəhd edib.
Hadisə rayonun Dondar Quşçu kəndində qaydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Səfərova Tamella Mahmud qızı xadimə işlədiyi iş yerindən çıxarıldığı üçün özünü öldürməyə cəhd göstərib.
O, sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tibbi yardım göstərib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.