İşdən çıxarılan qadın “AzinTelekom”u məhkəməyə verdi

O, işinə bərpa olunmasını istəyir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-dəki vəzifəsindən çıxarılan şəxs MMC-ni məhkəməyə verib.
“Report”un xəbərinə görə, Həyat Xəlilova əvvəlki işinə bərpa olunmasını istəyir.
Birinci instansiya məhkəməsi vətəndaşın şikayətini təmin etməyib. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.