İşdən çıxarılan icra başçsı sabiq nazirə abidə hazırlatdı - FOTO

Baxış sayı:
307

Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev Dərbənddə Hüseyn Rəsulbəyova abidə hazırladır.
Muxalifet.a
z xəbər verir ki, bu barədə Unikal.org-a Ş.Xanbabayev özü məlumat verib. O, hazırda Dağıstan Respublikasında olduğunu bildirib:
"Hazırda Dərbənddəyəm. Burada Hüseyn Rəsulbəyova abidə qoydururuq. Abidə Böyük Vətən müharibəsi iştirakçısının dünyaya göz açdığı küçədə yerləşir. Bu işi görən şəxslərlə bərabər, ərazidə yaşayan sakinlər də tikinti işlərinə kömək edirlər. H.Rəsulbəyovun Dərbənddə böyük hörməti var. Burada yaşayan azərbaycanlılar onun xatirəsini hər zaman yad edirlər."
Qeyd edək ki, Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə anadan olub. Sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.H.Rəsulbəyov 1975-ci ildə rabitə naziri təyin edilib. O, Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibədən sonra Bakı Hava Hücumundan Müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə xidmətdə olub. Azərbaycan Ali Sovetinin deputatı seçilib.