İşdən çıxarılan icra başçısı haqda SENSASİON İDDİALAR – Xaləddin İsgəndərov həftənin “lideri” oldu

Neftçalanın icra başçısı İsmayıl Vəliyev həftənin ikincisi, Beyləqanın başçısı Vaqif Abdullayev isə üçüncüsü olub

Baxış sayı:
6250

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 28 may – 04 iyun 2018-ci il tarixdə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Xaləddin İsgəndərov mühacirətə getdi - ŞOK İDDİA” “Xaləddin İsgəndərov Almaniyaya köçüb?”, “Xaləddin İsgəndərov Azərbaycanı tərk edib - Almaniyaya köçür”, “NƏYƏ GÖRƏ getməliyəm?!” - Xaləddin İsgəndərov DANIŞDI” başlıqlı 4 məqalənin 36 saytda yayılması ilə Binəqədi rayonunun sabiq İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “İsmayıl Vəliyev özünü bəlaya salıb - İDDİA”, “Başçının Neftçalada əldə etdiyi sərvət - Prezidentə müraciət olundu”, “Neftçalada ara qarışdı, bələdiyyə sədri qovuldu – Təfərrüat”, “17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var” adlı 4 məqalənin 10 Elektron KİV-də yayılması ilə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Qəhrəman Qəhrəmanov Beyləqanın icra başçısı təyin edilir - İDDİA”, “Bu icra başçıları vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var+SİYAHI”, “17 rayonun icra başçısı vəzifəsindən azad ediləcək – Prezidentə ərizə yazanlar da var” adlı 3 məqalənin 9 elektron KİV-də yayılması ilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutur.
 
Muxalifet.az