İsdirahət günü hava necə olacaq?

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.