İşdə porno video izləyən hakimlər qovuldu

Ofisdə çalışan 4 vəkil iş zamanı porno fotolar izləyiblər

İngiltərədə hakimlər işdə porno izlədikləri üçün qovulublar. ANS PRESS-in məlumatına görə, hadisə Hüquq Araşdırmalar ofisində baş verib.

Ofisdə çalışan 4 vəkil iş zamanı porno fotolar izləyiblər. Bu ofisin internet şəbəkəsini yoxlayarkən məlum olub.

“İşdə bağışlanmaz səhv etdikləri” üçün işdən qovulan hakimlər bundan sonra hakimlik karyeralarına son qoymalı olacaqlar. Çünki bundan sonra onlara bu işdə çalışmaq qadağan edilib.

İşdən qovulan Timoz Bovley, Varen Qrant, Peter Bullokdan sonra digər hakimin işi araşdırılmağa başlanılıb. Araşdırmalar zamanı dördüncü hakim Andrev Mav nəticələri gözləmədən öz ərizəsilə işdən çıxıb.