İsa Sadıqovdan Nemtsovun ölümü ilə bağlı AÇIQLAMA

Azərbaycanlı polkovnik İsa Sadıqov Rusiyanın tanınmış müxalifət lideri Nemtsovun ölümündə adının hallanmasına münasibət bildirib.

İ.Sadıqov bildirib ki, ortaya belə bir şayiənin atılması qatillərin tapılmayacağını düşünməyə əsas verir: “Necə ki, Anna Politovskayanın, Maqnitskinin, Estemirovnanın, Litvinenkonun qatilləri tapılmadı. Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edidi. Yaz-yay aylarında böyük tədbirlərə təkan verməli idi və Rusiyanın müharibədə iştirakını sənədlərlə sübut etməyə hazırlaşırdı.

Rusiyada vəziyyət dəyişir, sanksiyalar, müharibə və digər problemlər get-gedə Putin rejiminin vəziyyətini ağırlaşdırır. Bu halda Nemtsovun ölümündə Ukrayna yox, ilk növbədə Putin rejimi maraqlı idi.

O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır. Bu versiyanı ortalığa atmaqla ruslar bu qətli araşdırmaq fikrində deyillər.

Ruslar tərəfində çoxlu sayda terroristlər, muzdlular, serblər, ermənilər, osetinlər, çeçenlər vuruşur. Belə halda ruslar ukraynalılara şər-böhtan atmaqla kənar qüvvələrin iştirakını “təsdiqləməli idi”. Ona görə mənim də adımı yazıblar. Amma mən orada iştirak etməmişəm və edə də bilməzdim. O batalyonun da tərkibində heç vaxt olmamışam. Bunlar primitiv rus propoqandasından başqa bir şey deyil”.

İ.Sadıqov “Sizcə bu iddia əsasında real olaraq sizə qarşı hər hansı addım atıla bilərmi?” sualına belə cavab verib: “Onlar bu cinayəti ört-basdır etmək üçün hər bir alçaqlığa gedə bilərlər”.

İsa Sadıqov onu da bildirib ki, Rusiya qatili tapmaqda maraqlı olmadığı üçün gülünc versiyalar irəli sürür: “Əgər belə bir şayiə yayılıbsa demək ki, Boris Nemtsovun qatilləri tapılmayacaq.  Anna Politkovskayanin, Magnitskinin, Estemirovanin, Litvinenkonun, Boris Nemtsovun ölümündə ancaq  və ancaq Putin rejimi maraqlı idi. Sirr deyil ki, Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edirdi. Yaz-yay aylarında da böyük tədbirlərə təkan verməli idi və o, Rusiyanın müharibədə iştirakını sənədlərlə də sübut etməyə hazırlaşırdı.

Məlumdur ki, vəziyyət Rusiyada da dəyişir. Sanksiyalar, müharibə və s. problemlər Rusiyanı bürüyür, Putin rejiminin vəziyyəti ağırlaşır. Belə halda Nemtsovun ölümündə Ukrayna yox, Putin rejimi maraqlı görünür. O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır. Məlum olur ki, bu versiyanı ortaya atan ruslar qatili tapmaq fikrində deyillər”.

Qeyd edək ki, “İzvestiya” saytının yazdığı xəbərə görə, İsa Sadıqov Donbassda Ukrayna silahlıları tərəfindən vuruşan və bu ilin fevralın 1-i qətlə yetirilən çeçen əsilli İsa Munayevin yaratdığı Cövhər Dudayev adına batalyonun tərkibində vuruşub. Rus mətbuatının iddiasına görə, Nemtsovu öldürməklə çeçen döyüşçüləri Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı, öz komandirlərinin qisasını da almış olublar.

Azərbaycanlı polkovnikin isə həmin batalyonun qərargah rəisi olduğu iddia edilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri polkovnik İsa Sadıqov Norveçdə siyasi mühacirətdə yaşayır.