İsa Qəmbərlə başqanlığa namizədlər arasında mübahisə yarandı

Baxış sayı:
298

Bu gün Müsavat Partiyasının qurultayında İsa Qəmbərlə Müsavat başqanlığına namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə düşüb.

Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə,  buna səbəb İsa Qəmbərin namizədlərin çıxışlarına fikir bildirməsi olub.  Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu etiraz edib.  İsa Qəmbər isə bildirib ki, Tofiq Yaqublu  və Yadigar Sadıqlı çıxışlarında onun və Arif Hacılının barəsində həqiqətə uyğun olmayan məlumatlar veriblər.

Buna görə də o qurultay nümayəndəsi kimi çıxış etmək istəyib. Mübahisəyə Arif Hacılı da qoşulub.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.