“İsa Qəmbər, Sülhəddin Əkbər və digərləri heç-heçəyə razılaşacaqlar” – Cahandar BAYOĞLU

Baxış sayı:
2815

- Cahandar bəy, bundan öncəki açıqlamalarınızda bildirmisiniz ki, Elçibəy qarşılığında hakimiyyətin devriləcəyini bilsə də, rus qoşunlarının Azərbaycandan çıxarılmasına qərar verdi. Bunu necə izah edə bilərsiniz?
- Bilirsiniz, Elçibəy hər kəsdən fərqli olaraq rus imperiya rejiminin mahiyyətini çox gözəl bilirdi. O, Prezident seçilmək ərəfəsində, öncə də, sonar da kimlərlə bərabər olduğunu gözəl bilirdi. Prezident seçkilərinə qədər bir çox kadrlar yerlərini artıq almışdılar. Önəmli postlarda Xalq Hərəkatının nümayəndələri yer almışdı. Oktyabr ayına kimi hər şeyin gözəl olduğu, vahid komanda görüntüsü də üst səviyyədə idi. Oktyabr ayından sonra hərbi səhnədə uğursuzluqlar başladı. Daxili sabitliyin pozulması göz önündə idi. Naxçıvan Ali Məclisinin sədri Heydər bəyə etimadsızlıq, Bakıdan top-tüfənglə getmək havası, Prezidentə sui-qəsd cəhdləri gündəmdə idi. Bütün bunlar o zamana təsadüf edir ki, Azərbaycan Müdafiə Komitəsində Qarabağa Muxtar status verilməsinin əleyhinə qərar verilmiş, ABŞ diplomatiyası istəyinə nail ola bilməmişdi. Diqqətinizə onu da çatırdmmaq istəyirəm ki, həmin toplantıda Muxtariyyatın olması Elçibəyin təklifinə təkcə dönəmin xarici işlər naziri Tofiq Qasımov səs vermişdi. Görünən odur ki, Moskva Elçibəyi devirmək niyyətində olan Qərb dövlətlərinin incikliyini diqqətə almışdı. Azərbaycan xəyanət içindəydi və 10-a yaxın adama prezidentlik görəvi söz verilmişdi. Moskva Azərbaycanın bağımsız siyasətindən narahat idi. Azərbaycan iqtisadiyyatının gücü qonşu dövlətləri etkiləyirdi. Türk kimlik Hərəkatı Rusyanın daxilində və Orta Asiyada da güçlənirdi. Moskva Elçibəyi Rusya üçün basılca təhlikə mənbəyi kimi görürdü. O da bəllidir ki, Rusiyada Təhlükəsizlik Şurasının toplantılarının çoxu Azərbaycana həsr olunurdu. Rus demokratiyasının dalğası üzərində iqtidara gəlmiş prezident Boris Yeltsin və baş nazir Yeqor Qaydar Elçibəyə tərəfdar idilər. Keçmiş KQB və Hərbi qüvvələrin generalları, eləcə də hərbi sənaye kompleksi Elçibəyə qarşı idilər. Analoji olaraq bu strukturların Azərbaycandakı adamları Elçibəyə qarşı yönəlmişdilər. Elçibəy onu hakimiyyətdən yıxacaqlarını artıq bilirdi. Müxtəlif tədbirlər görürdü və variantlar üzərində işləyirdi. Belə bir variantlardan birini də 10 yanvar tarixində AXC İcraiyyə Komitəsinin 6 üzvü ilə birlikdə olan görüşümüzdə bizimlə müzakirə edib və bəzi tapşırıqlar vermişdi. Təəssüf ki, bizə qarşı olan pozucu fəaliyətlər nəticəsində biz Prezidentin bizdən istədiyi variantı təşkil edə bilmədik. Bu nə variantdı? Kimlər mane oldu, bu ayrı bir mövzudur. 1993-cü il fevral ayında demokratiyanın tərəfdarı olan Yeqor Qaydar hakimiyyətdən getdi. Onun yerinə imperiyapərəst generalların adamı Viktor Cernomordin gəririldi. Beləliklə də Rusiyada demokratiyanın simvolu olan Boris Yeltsin tək qaldı. Rusiyanın Təhlükəsizlik Şurasında Elçibəyin iqtidardan devrilməsi üçün qərar verildi. Paralel olaraq Rəhim Qazıyev, Surət Hüseynov da tutduqları görəvlərindən alındı. Qarabağda savaşlar gücləndirildi. Fizuliyə birinci hüsum uğursuz olsa da, Kəlbəcərin işğalı baş verdi. Fizulidə ikinci təhlükə yarandı və onun qarşısı alındı. Elçibəy rus qoşunlarının çıxarılmasında israrlıydı. Hər kəsin öz oyunu vardı. Elçibəy rus qoşunu olmayan Azərbaycan istəyirdi. Üstünə gələnlərin də kim olduqlarını çox yaxşı bilirdi. Belə bir dönəmdə Moskvada güclər isə, çoxbaşlıydı. Rusiya Dövlət Dumasının sədri Ruslan Xaspulatov başda olmaqla generalların bir qismi keçmiş sovet məkanında yeni hərəkətlənmə başladıb Moskvada Boris Yeltisni hakimiyyətdən devirib yeni KQÇP gerçəkləşdirmək istəyirdilər. Bu proseslərə artıq Azərbaycan da, Ermənistan da cəlb edilirdi. Prosesə fevral ayından başladılmışdı. Azərbaycanda bu siyasətin ayaq izləri artıq açıq şəkildə görünürdü. 26 may 1993-cü il tarixində rus qoşunları Azərbaycandan tamamilə çıxarıldı və beləliklə də Rusiyada iqtidara gələn güc strukturlarının başında duranlar bizdən qisas almaq planlarını işə salıb 4 iyun hərbi qiyamını törətdilər.
- Bəy, Elçibəyin sizə tapşırığı və bu variantın baş tutmamasının səbəbini deyə bilərsinizmi?
-Bu sualun cavabı zamanla açıqlanacaq.
- Cahandar bəy, 4 iyun qiyamı sayəsində Moskva istədiyinə nail oldumu?
- 4 iyunda qiyam oldu. Amma Moskva istədiyini ala bilmədi. Bu ayrı bir mövzudur.
- Bəs keçmiş MTN sədrinin1-ci müavini Sülhəddin Əkbər deyir ki, qiyam və onun nəticəsində Heydər Əliyevlə Elçibəyin 1993-cü ilin fevral ayındakı danışıqları və hakimiyyətin təhvil verilməsi planı yatır. Bu, hakimiyyətin sahibinə ötürülməsiydi. Buna münasibətiniz?
- Sülhəddin Əkbər macəraçı deletant detektif kimi danışır. Özünün uğrsuzluğuna bir növ don geyindirmək istəyir. Mən onun çıxışını diqqətlə dinlədim. Sanki, onu dindirənlər vardı. Məncə əsil həqiqətləri danışmayacaq. Pənah Hüseyn də TV açıqlamasında ona ciddi mesajlar göndərdi. O, açıq şəkildə bildirdi ki, əgər danışarsansa, o zaman mən də danışaram.
-Sizin fikrinizcə, İsa Qəmbər və Sülhəddin Əkbər sizin onlara ünvanladığınız suallara cavab verəcəklərmi?
- Verməyəcəklər. İsa Qəmbər, Sülhəddin Əkbər və digərləri öz aralarında  heç-heçəyə razılaşacaqlar və onlar buna məcburdular.
- Bəs bu qaranlıqlar nə zaman açılacaq?
- Məncə çox yaxın üç ildə hər şey açılacaq. Azərbaycanda siyasi fiqurlar dəyişəcək və Azərbaycan Milli siyasəti də təmizlənəcək.

Muxalifet.az