İsa Qəmbər İlham Əliyevi televiziya debatlarına çağırıb

1992-1993-cü illər Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biridir, bu sözləri Turan agentiyinə Müsavat Partiyasının keçmiş başqanı və 1992-93-cü illərdə Azərbaycan parlamentinin spikeri İsa Qəmbər İlham Əliyevin o vaxtkı rəhbərliyini tənqid etməsini şərh edərkən bildirib.
 
“İlk dəfə deyil ki, İ.Əliyev hakimiyyətdə olmuş milli-demokratik qüvvələrə qarşı yalan və böhtana əsaslanan ittihamlar deyir. Əgər o, özünü söhbətə hazır hesab edirsə, çıxaq TV-yə və bütün bu mövzuları geniş və hərtərəfli müzakirə edək.