İsa Qəmbər: “Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək”

Müsavat Partiyasının lideri İsa Qəmbər «facebook» səhifəsində Boris Nemtsov-la görüşdüyünü yazır:

“Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürüldü. Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsov-u həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim.

Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək”.