İRƏVANIN YENİ AĞASI - Rus bazasını "qara işi" yerinə yetirdikdən sonra birdəfəlik rədd edəcək...

Baxış sayı:
3937

Heç kimə sirr deyil ki, İranla ABŞ arasında "böyük müharibə"dən möcüzəvi şəkildə qaçmaq mümkün olsa da, bu ölkə ətrafında vəziyyətin kəskinləşməsi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təchizatını şübhə altına alır.
Xatırladaq ki, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin pozulması halında, bu hərbi bazanın əsas təchizatı İran ərazisindən və Araz çayı üzərindəki İran-Ermənistan sərhədi hissəsindən keçir. "Böyük müharibə" əslində, Ermənistandakı rus qrupunun Rusiyadan avtomatik olaraq mühasirəyə düşməsi deməkdir. Üstəlik, İrəvandakı Paşinyan rejimi “biabırçı dərəcədə Amerikaçı” olduğuna görə, Rusiya özü düşmən mühitə düşəcək.

ABŞ-İran münasibətlərinin yaxşılaşması və müharibədən qaçmaq şansları azdır. Nəticədə, Rusiya ordusu tarixi boyu heç vaxt belə ikibaşlı situasiyada olmamışdı, çünki indi rəsmi olaraq “müttəfiq” kimi görünür, amma əslində Ermənistana düşməndir. "Böyük müharibə" ni alovlandıra biləcək ölkənin-ABŞ-ın peyki olaraq, Rusiya ordusu əslində 102-ci bazada girovdur. Girovluqdan İran üzərindən qurtulmaq üçün, Paşinyanı qonşuları ilə hesablaşmada tək qoymaq. Lakin "böyük müharibə" olarsa, bu fürsət "dağılacaq" və böyük təhdid var ki, Rusiyaya 102-ci bazanın "girovluqdan azad edilməsi" baha başa gələcək, yəni əslində Moskva ona xəyanət edənlər üçün vuruşacaq.
Üstəlik, Rusiya artıq belə bir ssenariyə tərəf itələnir. Əks təqdirdə, Stanislav Tarasovun bu yaxınlarda Regnum ermənipərəst saytında yayımlanan "Rusiyanın müdafiə xətti Araza qayıda bilər" adlı materialının adını qoymaq çətindir:
“Amerikalıların“ İranın süqutu ”əməliyyatına başlaması Rusiyanı Araz sahillərinə apara bilər və bir vaxt onun sərhədi olmuş bölgədə möhkəmlənməsinə kömək edə bilər. Bu məcburi bir qərar olacaq. Ancaq İranda sabitliyin pozulması, proqnozlaşdırılan çoxsaylı hadisələrə gətirib çıxaracaq, o cümlədən İŞİD tərəfdarlarının genişlənməsinin qarşısını alan maneənin düşməsinə səbəb olacaq "deyə Stanislav Tarasov yazır. 

Tarasov həqiqətən şiə İranda hansı İŞİD-in ola biləcəyini dəqiqləşdirmir. Ancaq çox güman ki, bu, Rusiyanın Araz sahillərinə qayıtmasını əsaslandırmaq üçün "təbliğatla haqq qazandırılması əməliyyatı"dır.
Sual yaranır: Ermənistan ərazisindəki Rusiya hərbi kontingenti blokadadadırsa, İranda müharibə başlayacağı dəqiqləşərsə, “müdafiə xətti Araza necə qayıda bilər?”. Belə çıxır ki, Arazın "müdafiə xətti" olması üçün, həm Rusiya, həm də Ermənistanla həmsərhəd olan ölkədən "dəhliz" açmaq lazımdır.
Buna görə, bu dəhliz məfhumu altında "sözsüz" olaraq – Gürcüstan nəzərdə tutulur. Erməni millətçilərinin istisnasız olaraq bütün xəritələrdə "böldükləri" və əslində Abxaziya ilə Tsxinvalidə separatizmi qızışdırdıqları, Gürcüstan ərazisinin 20% -ni işğal etdiyi və gürcü əhalisini etnik təmizlədiyi “Gürcüstan”. Əslində, nəinki, separatçı Abxaziya artıq erməniləşdi, İrəvan erməni separatizmini Samtsxe-Cavaxeti bölgəsində yaydı (erməni millətçilərinin terminologiyasında “Cavaxk”).
İrəvandakı mövcud rejimə yaxın olan lragir.am nəşrinin "Arazdakı rus qoşunları: Rusiya nəyə hazırlaşır" məqaləsində Regnuma aid materialına necə reaksiya verməsi də maraqlıdır (https://www.lragir.am/ru/2020/01/ 22/164810 /):

"Kremlə yaxın bir analitik agentlik, məsələn, İran və ABŞ arasındakı münasibətlərin gərginləşməsindən danışaraq, xəbərdarlıq edir: "ABŞ qorxur ki, "İranın süqutu" əməliyyatının başlanması Rusiyanı nəinki ölkənin ilk müdafiə xəttinə aparacaq, əksinə onun Araz boyunca sərhədlərdə möhkəmlənməsinə gətirib çıxaracaq ".
Hərbi hissələrin Araz üzərində yerləşdirilməsi barədə danışılanlar ilk dəfə deyil. Arazın "tarixi sərhədlər" kimi qeyd olunması daha təhlükəlidir. Bu, keçmiş SSRİ-nin Türkiyə və İranla sərhədidir. Bunların bir hissəsinə erməni ordusu ilə Rusiya sərhədçiləri və 102-ci baza nəzarət edir, qalan hissəsi Qarabağ və Naxçıvan perimetri boyunca keçir.
Kremlin təsəvvürünə görə, bu seqment heç bir şəkildə "tarixi sərhəd" hesab edilə bilməz, çünki 1921-ci ildəki vəziyyətdən fərqli olaraq bu seqmentə Rusiya yox, Ermənistan və Azərbaycan nəzarət edir.
İranın "süqutu" gerçəkləşərsə, bölgənin bu hissəsinə yenidən baxıla bilər. Sual olunur: BMT reyestrində qeydiyyata alınmayan 1921-ci il Rusiya-Türkiyə müqaviləsinə də yenidən baxılacaqmı?
Bu sualın cavabı nə olursa olsun, "başqasının sərxoşluğunun" bəlasına düşməmək və yeni Rusiya-Türkiyə ittifaqının bəhrələrini dadmamaq üçün Yerevan, Axuryan-Araz sərhədi, o cümlədən Naxçıvan və 102-ci Rusiya bazası barədə açıq mövqe bildirməlidir. Əvvəlki statuslar uyğun deyil və qəbuledilməzdir ”.
Paşinyana yaxın bu nəşr mətndə demək olar ki, birbaşa deyir ki, Rusiya beynəlxalq müqavilələri tapdalamalıdır. Bu da erməni maraqları uğrunda mübarizə aparmaq deməkdir ... Bunların arasında təbii ki, 1921-ci il sərhədlərinə yenidən baxılması da var.

Gürcüstan ərazisindən keçən "dəhliz" haqqında açıq danışılmır, lakin bu, nəzərdə tutulur. Əks halda soruşula bilər, Rusiya ordusu qurudan təchizat olmadan, "Araz sahilində necə möhkəmlənəcək?”
Əlbətdə ki, ruslar öz qanları ilə Ermənistandan ötrü dəhlizi "açıb" və "böyük Ermənistan" uğrunda daha çox ərazilər qazandıqdan sonra onlardan geri qayıtmaq istənəcək. Bu, hətta gizlədilmir, "102-ci Rusiya bazasının statusu"na işarə çox açıqdır.

Lakin İrəvanın "strateqləri"nin planlarına görə, Rusiya ordusunu İrəvan üçün "qara işi" yerinə yetirdikdən sonra birdəfəlik “rədd ol”mağa məcbur edəcək “Ermənistanın Yeni Ağaları”nın qoşunları olacaq. Yəni, Arazın o tayındakı İranı işğal edən ABŞ qoşunları.
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az