İrəvanda polis yüzlərlə etirazçını saxlayıb – MASKALI VƏ DƏYƏNƏKLİ ŞƏXSLƏR MEYDANDA…-YENİLƏNİB

Baxış sayı:
1771

İrəvanın Erebuni küçəsində maskalarda olan naməlum şəxslər nümayişçilərə daşlarla hücum ediblər.
Muxalifet.az news.am-a istinadən bildirir ki, bu şəxslərin üzləri tibbi maskalarla bağlanıb, onların bəzilərinin əllərində taxta dəyənəklər və daşlar var. Onlar nümayişçiləri vurmağa, həmçinin nəqliyyat vasitələrinə zərər yetirməyə başlayıblar.
Polis bu insanların hərəkətlərinə qətiyyən qarışmır və mane olmur. Onlar bir neçə dəfə Shant TV-nin müxbiri Artak Qulyanı da vurublar.
Onu da qeyd edək ki, hazırda Yerevanın mərkəzindəki Respublika meydanında keçirilən aksiyada 10 min nəfər iştirak edir.
Aksiyaya bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.

İRƏVANIN MƏRKƏZİNDƏ AKSİYA DAVAM EDİR - 10 min nəfər hökumətin istefasını tələb edir

Hazırda İrəvanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada 10 min nəfər iştirak edir.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, aksiyaya bu gün saxlanılan deputat Nikol Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan rəhbərlik edir.
S. Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar aprelin 13-dən başlayıb.
Bu arada Ermənistan Səhiyyə Nazirliyi aksiyalar zamanı xəsarət alan və xəstəxanalara yerləşdirilən 9 nəfərin müalicəsinin davam etdiyini açıqlayıb. Onlardan 7 nəfəri bu gün xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-nın durumu yaxşı olsa da, 3 nəfərin durumu orta-ağır qiymətləndirilir(apa).