İrəvanın mərkəzi yandı - Ölən və yaralanan var

İrəvanın mərkəzində yaşayış evində güclü yanğın baş verib. Trend-in məlumatına görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar. 
Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir. 
Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb.
Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.