İrəvandan narahatıq: nə olacaq, bilmirik - LUKYANOV

Baxış sayı:
5551

Rusiya yaxın müttəfiqi kimi Ermənistanda bundan sonra nə olacağını anlamağa çalışır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Rusiya qlobal siyasətdə” jurnalının redaktoru Fyodor Lukyanov deyib.
“Ermənistandakı vəziyyət Rusiyada narahatlıq yaradır, çünki vəziyyətin hansı məcrada inkişaf edəcəyi məlum deyil. Rusiya İrəvandakı hadisələri diqqətlə izləyir. Rus siyasətçilərin Ermənistanın müxalifət və hakimiyyət nümayəndələri ilə görüşləri bununla əlaqədardır”, - politoloq bildirib.