​İrəvandakı gəncləri ABŞ qaldırır - Jirinovski

Baxış sayı:
4345

İrəvandakı hadisələr ABŞ-ın erməni gəncliyinə təsirinin nəticəsidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski paylaşıb.
Onun sözlərinə görə, ABŞ artıq intelligensiyaya yox, gənclərə yatırım edir:
“Onlar başa düşürlər ki, intelligensiya daha zərifdir və iradələri də azdır. Onlar sərt fəaliyyətlərə hazır deyillər. Gənclər isə öz nəsillərində hansısa inqilabın olması üçün acdırlar və daha aqressiv hərəkət edirlər. Bu da öz nəticəsini verir”.