İrəvanda qarşıdurma: Aksiyaları Soros maliyyələşdirir?

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun verilməməsinə qarşı keçirilən etiraz aksiyalarını Soros fondu maliyyələşdirir.
Muxalifət.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı hakim Respublika Partiyasından olan deputat Ayk Babuxanyan söyləyib. Onun sözlərinə görə, bu etiraz aksiyaları üçün Soros fondu yerli qeyri-hökumət təşkilatlarından birinə 20 min dollar ayırıb:
 “Bu, İctimai Gündəm qeyri-hökumət təşkilatıdır. Onlara tələbələr arasında fokus qruplar yaratmaq əmri verilib. Bundan sonra bu qruplar müəyyən fəaliyyətlərə başlamalıdırlar”.
Yelk Blokundan olan deputat Nikol Paşinyan isə Babuxanyanın bu sözlərini yalan adlandırıb:
“Əgər Soros fondu dövləti dağıdırsa, hökumət niyə onu qadağan etmir? Yəqin ki, siz də onlarla birgə hərəkət edirsiniz”./axar/