İrəvanda Paşinyanın istefası tələb olunur - MİTİNQ İŞTİRAKÇILARI MÜHARİBƏNİN BİTMƏSİNƏ ETİRAZ EDİRLƏR

Baxış sayı:
1026

Ermənistan müxalifəti baş naziri Nikol Paşinyanın istefası tələbi ilə paytaxt Yerevanın mərkəzində aksiya keçirir.

Məlumatı “RAİ Novosti” yayıb.

Bildirilib ki, Ermənistan müxalifətinin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” parlament fraksiyasının rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Xüsusi İstintaq Komitəsinə çağırılıb.

Mitinq təşkilatçıları Dağlıq Qarabağ üzrə üçtərəfli razılşamaya etiraz edirlər.

Qyed edək ki, noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanat imzalayıb.