​İrəvanda oliqarxlar ölkədən yüzmilyonlar çıxarır – Səbəb

Bu ilin ilk 8 ayı ərzində Ermənistandan 600 milyon dollar çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bu informasiyanı “Lragir.am” saytı yayıb. Sayt ilin sonuna qədər bu göstəricinin 1 milyard dollara çata biləcəyini vurğulayıb. Maraqlı məqam odur ki, Ermənistandan kapitalı təkcə erməni şirkətləri yox, həm də böyük xarici, özəlliklə də Rusiya şirkətləri çıxarırlar:
“Kapital axınının səbəbləri və motivləri fərqlidir. Bəzi KİV-lərdə periodik olaraq erməni oliqarxlarının ölkədən əvvəlcə öz kapitallarını çıxardıqları və özlərinin ölkədən getməyə hazırlaşdıqları barədə informasiyalar yer alır. Xarici şirkətlər isə öz kapitallarını Rusiya kompaniyaları kimi Ermənistana bir daha investisiya yatırmamaq üçün buradan aparırlar. Bir sözlə, Ermənistan bazarı təkcə məhdud deyil, həm də iqtisadi struktur və münasibət problemlərdən əziyyət çəkir. Ermənistan bazarı bazar qanunlarına və iqtisadi məntiqə tabe deyil. O, daha çox daxili razılaşma ilə idarə edilir və bu da ölkədən kapitalı qaçırdır. Əgər nəzərə alsaq ki, son 10-15 ildə Ermənistandan təxminən 12 milyard pul aparılıb, o zaman hər şey tam aydın olur. Hökumət bəyan edir ki, sosial müdafiə, maaş və təqaüdlərin artırılması üçün pul çatışmır. Amma görünür ölkədə pul var imiş və ölkədən ilk 8 ay ərzində çıxarılanlar təxminən büdcənin üçdə birini təşkil edir. Pul hökumətin və Rusiya dövlət şirkətlərinin əlindədir”.