İrəvanda mitinq başlayıb: liderlər saxlanıldı

Baxış sayı:
1193

Ermənistanın paytaxtı İrəvanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

Virtualaz.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.