İrəvanda banka hücum: 60 min DOLLAR OĞURLANDI

İrəvanda “Konvörs” bankının filialına naməlum şəxs hücum edib. 
Bunu jurnalistlərə açıqlamasında İrəvanın Polis İdarəsinin rəis müavini Artak Poqosyan söyləyib. Onun sözlərinə görə, banka hücum edən şəxs 60 min dolları ələ keçirərək gizlənib. 
Hüquq mühafizə orqanları hadisə ilə bağlı heç bir əlavə məlumat verməyiblər. Hazırda oğurluğun həyata keçirildiyi bankın filialı faəliyyətini dayandırıb.