İrəvanda “Bakı kartı” ilə saray çevrilişi? - PAŞİNYANA SÜRPRİZ HAZIRLANIR

Baxış sayı:
3860

Pandemiya işğalçı ölkədə hakimiyyət uğrunda savaşı daha amansız edib; Rusiyanın adamı olan general “inqilabçı” baş naziri yenə hədələdi: “Əminliklə deyə bilərəm ki...”

Bir neçə gün sonra - mayın 8-də Ermənistanda “məxməri inqilab”ın ikinci ildönümü tamam olacaq. İnqilab lideri, keçmiş jurnalist, indiki baş nazir Nikol Paşinyan üçün budəfəki ildönüm daha qəliz bir dönəmə təsadüf edir. Çünki narazı xalqa verdiyi vədlərin əksəriyyətinin boşa çıxması azmış kimi, koronavirus pandemiyasının ölkədə yaratdığı daha dözülməz sosial-iqtisadi durumdan dolayı baş nazirə yeni və sərt suallar, ittihamlar da ortaya çıxıb.

Mövcud situasiyadan təbii ki, ilk növbədə siyasi rəqiblər yararlanmağa çalışır. Söhbət ən əvvəl revanş istəyi ilə alışıb-yanan “Qarabağ klanı” və onun rəhbərlərindən - eks-prezidentlər Serj Sərkisyan və hazırda həbsdə olan Robert Köçəryan və onlara bağlı çevrələrdən gedir. İki il öncəki “məxməri inqilab”dan Moskvanın xoşlanmaması, bu səbəbə hələ də “qərbyönlü” Paşinyanın Rusiya siyasi isteblişmentində etibar qazana bilməsi də Ermənistan rəhbərinin zərərinə işləyir. Odur ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyəti hakimiyyətin öz nəzarətində saxlayıb-saxlamayacağı mühüm suallardandır.

*****

Ex national security chief blasts prime minister for 'populism ...

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, Nikol Paşinyanın qatı opponentlərindən olan, Rusiyaya bağlılığı şübhə doğurmayan general Artur Vanetsyan ölkənin böyük siyasi dəyişikliklər astanasında olduğunu söyləyib. Sitat: “Bu yaxınlarda baş verən daxili siyasi hadisələri nəzərə alaraq əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə bizi böyük siyasi hadisələr gözləyir. Sizin (medianın - ”YM") fəaliyyətinizə daha çox tələb olacaq və ƏMƏYİNİZ (seçdirmə bizimdir - “YM”) qiymətləndiriləcək".

O, həmçinin bütün jurnalistləri və KİV-i təbrik edərək deyib: “Həqiqət, azad söz, müstəqil media bəşər tarixinin ən böyük nailiyyətlərindən biridir və demokratiyanın söykəndiyi dəyərlərin dayağıdır. Əminik ki, Ermənistanı demokratik gələcək gözləyir, lakin bunun üçün azad və prinsipial media lazımdır”.

Xatırladaq ki, Artur Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən 2019-cu ilin sentyabrında Nikol Paşinyan hökumətinə etiraz olaraq istefa verib. O, Paşinyan administrasiyasını “təcrübəsiz” və “həvəskar”, siyasi rəhbərliyin tətbiq elədiyi idarəçilik modelini hədəflərə çatdıra bilməyəcək yanlış yol adlandırmışdı. “Mənim istefam bu xüsusda qoy ayıldıcı addım olsun. Dayanın!”, - deyə o vaxt qeyd eləmişdi.

Ermenistanda fovqelade veziyyet elan olundu

Bu ilin fevralında isə A.Vanetsyan siyasi partiya yaratmaq niyyətində olduğunu bildirib. Onun hazırda həbsdə olan Robert Köçəriyanın oğlu Sedrak Köçəryanla birgə partiya yaradacağı haqda da məlumatlar yayılıb. “Müxtəlif şəxslərlə danışıqlar gedir. Yeni partiyanın vəzifəsi hazırkı hakimiyyətə alternativ yaratmaq olacaq. Biz ölkədə baş verənlərin yanlış olduğunu xalqa izah eləməyə cəhd edəcəyik. Əgər xalq bunu qəbul eləsə, öz gündəliyimizi təqdim edəcəyik, eləməsə, başqa yollar haqda düşünəcəyik”, - deyə o faktiki şəkildə hakimiyyəti hədələmişdi.

Lakin yeni partiyanın rəhbərliyinə konkret kimlərin daxil olacağını açıqlamamışdı. Erməni mediası isə Vanetsyanın mövcud hakimiyyətə qarşı gizli siyasi plan hazırladığını istisna etmir. Məlumatda generalın bir sıra erməni media qurumlarını bu məqsədlə öz ətrafına səfərbər etməyə çalışdığı da iddia olunur. Onun son bəyanatında da mediaya ünvanlı mesajlar var. Çünki sabiq kəşfiyyat şefi hakimiyyət dəyişiklikləri zamanı KİV-lərin hansı rol oynadığını bilir.

Vanetsyanın habelə Çeçenistanın rəhbəri Ramzan Kadırovla isti münasibətlərinin olduğu sirr deyil. Kadırov isə prezident Putinin dostlarından sayılır. “Əminəm ki, Artur Vanetsyan Rusiya xalqının böyük dostu və Rusiya ilə Ermənistan arasında əlaqələrin möhkəmlənməsinin tərəfdarıdır”. Bu sözlər bir neçə ay öncə Kadırovun yubiley münasibətilə təbrik etdiyi dostu A.Vanetsyana ünvanladığı təbrikdə yer alıb. O, təbriklə yanaşı, özünün instagram səhifəsində erməni generalla birgə fotosunu da paylaşmışdı...    

Əlavə edək ki, Artur Vanetsyan Qarabağ məsələsində radikal mövqe tutan şəxslərdən biridir. Bircə fakt: ötən ilin martında o, Azərbaycanın işğal edilmiş ərazilərində olmuş, qondarma “dqr prezidenti” ilə birgə təmas xəttinin Cəbrayıl-Füzuli istiqamətində sensasion bəyanatla çıxış etmişdi. Vanetsyan Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini söyləmişdi...

*****

Belarus Azərbaycana silah satmaqda maraqlıdır - Rus ekspert

“Ermənistanda çevriliş baş tuta bilər”. Bu sözləri isə rusiyalı politoloq Aleksandr Perenciyev deyib (Axar.az).

“Rəhbər zənginliyin, maliyyə vasitələrinin daxilolma mənbələrini itirəndə həm də hakimiyyətini itirmiş olur. Paşinyanın ətrafı yenidən eyni şeyi həyata keçirəcək, amma bu dəfə inqilab yerinə saray çevrilişi baş verəcək. Ona görə də məhz Paşinyanın ətrafı KİV-ə onun işğal edilmiş əraziləri Azərbaycan və Türkiyənin iqtisadi blokadasının ləğv edilməsi qarşılığında qaytarması haqqında məlumat sızdırır. Məqsəd Paşinyanın milli xəyanətdə ittiham edilməsi üçün şəraitin yaradılmasıdır. Ona görə də Ermənistanda hakimiyyət strukturlarında çevriliş yaranması ehtimalı artır”, - deyə o bildirib.

Politoloq Azərbaycan “kartı”nın Ermənistan hakimiyyəti daxilində oynanılacağını, amma hakimiyyətə gələn heç bir qrupun işğal edilən torpaqları qaytarmayacağını düşünür: “Əgər konfliktin sərtliyi artsa, Rusiya buna müdaxilə edəcək. Burada isə məsələ başqa cür olacaq. Əvvəla, rəsmi Moskva Azərbaycanı rəsmi İrəvan kompromisə getməyənə qədər dayandırmayacaq. İkincisi, Rusiya tərəfi yalnız diplomatik vasitələr tətbiq edəcək”.

Rusiyanın Paşinyan hökumətinə münasibəti isə bəllidir. Bu münasibət yəqin ki, düşmən ölkədə növbəti rejim dəyişikliyinə kimi dəyişməyəcək. Deyəsən, prosesə start verilib... 

Musavat.com