İrəvanda 100-dən çox etirazçı həbs olunub - YENİLƏNİB

İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib.
 
Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.
**
 
Nazirlik: İrəvanda toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb
İrəvanda toqquşmalar nəticəsində yaralananların sayı 60-a çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan özünün “Feysbuk” səhifəsində yazıb.
 
“Xəsarət alanlardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. Silahlı insident nəticəsində yaralanan polis əməkdaşı hazırda əməliyyat olunur. Xəsarət alan digər 4 polis əməkdaşının vəziyyəti qənaətbəxşdir”,  A.Aytayan qeyd edib.