​İrəvan yenə “rekord” qırır: Yoxsullar üçlüyü

Baxış sayı:
9094

Ermənistan MDB məkanının ən yoxsul ölkələrindən biridir.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Panorama.am” saytı Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına əsasən yayıb. Sayt 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4% olduğunu bildirib. Ermənistan bu göstəricisinə görə MDB ölkələri arasında yalnız Qırğızıstan (32,1%) və Tacikistanı (30,3%) üstələyib.
Qeyd edək ki, Azərbaycan MDB ölkələri arasında yoxsulluq həddinin ən aşağı səviyyəsinə görə 4-cü yeri tutub. Ölkədə yoxsulluq səviyyəsi 5,9%-dir.
MDB ən aşağı yoxsulluq səviyyəsi Qazaxıstanda (2,6%) müşahidə edilib.