​İrəvan təhlükə yaradır, İran Qarabağda... – ABŞ siyasətçisi

Baxış sayı:
2686

Ermənistanın İranla, xüsusilə Rusiya ilə strateji yaxınlaşması Qərbin Yaxın Şərqdə maraqlarına təhlükədir.
Muxalifet.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton bu iddia ilə “Deyli Kaller” qəzetindəki məqaləsində çıxış edib. O, Rusiya ilə İranı Ermənistanın əsas müttəfiqi adlandırıb:
“İran Ermənistanda dəmir yolu tikməyə çalışır, Ermənistan isə regionda İran qazının əsas istehlakçısıdır. 2014-cü ildə İran Ermənistana gündəlik uçuşların sayını da artırıb. Situasiya çox təhlükəlidir. Ermənistan Qərbi bank sektorunun güclü nəzarət altında olduğunu və İranın erməni bankları vasitəsilə pul yuya bilmədiyinə əmin edib. Lakin Amerika rəsmilərinin sözlərinə görə, İran Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda fəaliyyət göstərən erməni banklarına sərbəst çıxışa sahibdir. İran bu banklardan nüvə və raket proqramlarını, hətta Yaxın Şərqdəki terrorçu qrupları maliyyələşdirmək üçün istifadə edə bilər”.