İrəvan Tehran və Bakının arasını pozub, İranın əliylə neft obyektlərinin vurulmasına çalışır - BAKINI ZƏİFLƏTMƏK VƏ YENİ İŞĞALLAR ÜÇÜN... / DETALLAR

Baxış sayı:
3730

ABŞ və İran arasında qarşıdurma gərginləşir. İran nüvə proqramı ilə əlaqədar mövcud olan bütün məhdudiyyətlərdən tam çıxacağını bəyan etdi. Bu, İranın nüvə silahının yaradılmasını hədəfləyən hərbi proqram hazırlığına başlama təhdidindən başqa bir şey deyil.
Yəni, ehtimal var ki, İranın əlində nüvə silahı yaratmaq üçün "sürətli vasitə» var və bu vasitənin nə olduğunu təxmin edə bilərsiniz.
Dünya birliyinin nəzarətindən kənar Ermənistandakı atom elektrik stansiyası-Metsamor var. Bununla yanaşı Tehranın İrəvan rejimi ilə razılaşdıraraq zənginləşdirilmiş nüvə əldə etmək üçün bu AES-in imkanlarından (demək olar ki, bütün Sovet nüvə obyektləri kimi "ikili məqsəd" - enerji və hərbi) istifadə etdiyi bir çox məlumatlar var.

Nüvə silahı olsa da, İranın ABŞ-a ağır zərər verməyəcəyi aydındır - qüvvələr müqayisə oluna bilməz. Bəli İranın bu silahla okeanın o tayına "nüvə zərbəsi endirmək" imkanı yoxdur. Lakin "regional miqyaslı nüvə qışı"nın alovlanması təhlükəsi kəskin artacaq. Üstəlik də, bölgədə nüvə silahına sahib başqa bir ölkə, mövcud münaqişədə ABŞ-ın tərəfində olan İsrail var.
Bu baxımdan İrəvan rejiminin davranışı getdikcə artan narahatlığa səbəb olur. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün "sülhməramlı" bəyanatlarına baxmayaraq, bir tərəfdən Ermənistanın "ABŞ-ın qanadı" altına girdiyi, digər tərəfdən isə "böyük müharibə" təşviq etməkdə maraqlı olduğu açıq-aydın görünür. Xüsusilə İrəvan hakimiyyətinin "ikiqat" və hətta "üçlü oyunu" na diqqət etsək.

Bölgədə geniş miqyaslı "sərhədlərin yenidən qurulmasına" başlamaq üçün.
İranın nüvə silahına sahib olması bu müharibəni demək olar ki, geri dönülməz hala gətirə bilər. Yeri gəlmişkən belə müharibə tamamən mümkündür - "nüvə formatında".
Beləliklə, Yaxın və Orta Şərqdəki vəziyyətin kəskinləşməsi şəraitində Metsamor AES ən təhlükəli obyektə çevrilir. Hələ "böyük müharibə" olarsa, hətta nüvə olmayan raketlərin əvvəlcədən təyin edilmiş trayektoriyalardan yayınma faktını da unutmaq olmaz. İrana "tuşlanmış" Amerika raketlərinin kursdan yayınmayacağına və Metsamora düşməyəcəyinə zəmanət haradadır?
Eyni zamanda, belə təsəvvür yaranır ki, Ermənistan “böyük müharibəni qızışdırmağa” qarşı deyil, amma özləri rəsmi şəkildə kənarda qalmaq şərtilə.
Belə ki, VERELQ erməni nəşrinə verdiyi müsahibədə erməni hərbi tarixçisi, politoloq, siyasi elmlər doktoru Armen Ayvazyan iri miqyaslı müharibənin olacağını istisna etmədiyini bildirdi. "Bu, çox mümkündür, xüsusən ABŞ prezidentinin dodaqlarından gələn son təhdidlərə baxsaq", - Ayvazyan qeyd edib.

Aydındır ki, İrəvanın məqsədi provokasiyalarla və təhriklərlə elə vəziyyət yaratmaqdır ki, müharibə, ilk növbədə Ermənistanın qonşularına zərbə vursun. Elə Armen Ayvazyan elan etdi ki, hərbi əməliyyatların qızğın çağında "əgər İranı təkidlə Azərbaycanın ona qarşı düşmənçiliyinə inandırarlarsa" – şübhəsiz ki, erməni təxribatçıları “İranı hər vəchlə buna inandıracaqlar - sonra fürsətdən istifadə edərək öz raket qüvvələri ilə Azərbaycanın bütün neft sənayesini məhv edə bilərlər.
İrəvanda çox ümid edirlər ki, müharibə Gürcüstanın vəziyyətində problemlər yaradacaq, xüsusən də qaçqınları Ermənistanın ərazilərindən keçirib Gürcüstana ötürməklə.
"İrandan həm Ermənistanın, həm də Azərbaycanın ərazisinə, habelə Gürcüstan ərazisinə qaçqın axınının olma ehtimalı var" deyə Ayvazyan proqnozlaşdırır.

Amma məsələ burasındadır ki, "böyük müharibə" Metsamor AES-i vurarsa, bütün Cənubi Qafqaz təkcə qaçqınlar üçün deyil, həm də onun əhalisi üçün də yaşanmaz olacaq və belə şəraitdə Metsamor AES-ə beynəlxalq nəzarət məsələsi, eləcə də dərhal bağlanması Cənubi Qafqazda sadəcə insanların sağ qalması məsələsinə çevrilir.
"kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az