İrəvan NATO təlimindən imtina etdi

Baxış sayı:
1396

Ermənistan NATO-nun Gürcüstandakı “Çevik ruh 2018” təlimində iştirakdan imtina edib.

Muxalifet.az xəbər verir ki, bunu “SputnikErmənistan”a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Artsrun Ovanisyan deyib. O bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Çevik ruh 2018” təlimi sentyabrın 1-dən 11-nə qədər Gürcüstanın Senaki hərbi bazasında keçiriləcək. Təlimdə ABŞ, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Türkiyə, Çexiya və Estoniya iştirak edəcək.