​İrəvan KTMT-nin rəhbəri vəzifəsinə onu gətirir

Baxış sayı:
3211

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə sabiq Müdafiə naziri Vaqarşak Arutyunyanı təklif etmək niyyətindədir.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb.
Qeyd edək ki, Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini tutub. Nazir vəzifəsindən qovulmasına səbəb onun parlament teraktı məsələsi ilə bağlı prezident Robert Köçəryanla apardığı konflikt olub. Belə ki, Arutyunyanın əvvəlcə rütbəsi aşağı endirilib, sonra isə istefaya göndərilib.
Arutyunyan rusiyayönlü erməni hərbçilərdən sayılır. O, Moskva ilə əlaqələrin daha da genişləndirilməsinin tərəfdarı kimi tanınır.