İrəvan işğal faktını təsdiq etdi, lakin… - SENSASİYALI AÇIQLAMA

Baxış sayı:
4480

Ermənistan üçün əsas prinsip Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu işğal edilmiş Azərbaycan ərazilərinə gələn Ermənistanın Xaric İşlər naziri Zohrab Mnatsakanyan deyib. Onun sözlərinə görə, Qarabağ “təhlükəsizlik zonası” elan edilməlidir. Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş Madrid prinsiplərinən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir: “Münaqişənin Madir prinsipləri əsasında həll edilməsi, Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan Madrid prinsiplərinə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə, onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq”.