​İrəvan Bakıya bu məsələdə də uduzur – Arutyunyan

Baxış sayı:
562

Ermənistan təcili şəkildə intellektual kapitalın inkişafında Azərbaycana çatmalı və onu keçməlidir.
Muxalifet.az xəbər verir ki. bu sözləri bu gün jurnlaistlərə açıqlamasında “Noravank” elmi-təhsil fondunun direktoru, Avrasiya Ekspertlər Klubunun üzvü Qagik Arutyunyan deyib. Onun sözlərinə görə, İrəvanın təhlükəsizliklə bağlı ciddi probleminin həllinə əhəmiyyətli dərəcədə nail olmaq üçün intellektual kapital inkişaf etməli, intellektual və yüksək göstəriciləri olan kadrlar yetişməlidir.
“Azərbaycan ali məktəblərinin beynəlxalq reytinqi bu gün Ermənistan ali məktəblərindən üstündür”, - Arutyunyan deyib.