İrkutskda ölənlərin sayı artdı

Baxış sayı:
11404

Rusiyanın İrkutsk vilayətində yenidən daşqın olub. Muxalifet.az xəbər verir ki, İya çayının daşması nəticəsində 12 nəfər həlak olub. Çayın səviyyəsi normadan 7 metr çox yüksəlib. Qeyd edək ki, İrkutskda güclü yağışlar səbəbindən sel evləri aparıb. Daha öncə 5 nəfərin həlak olduğu barədə məlumat yayılıb. Prezident Vladimir Putin də Osakadan təcili olaraq daşqınla bağlı fövqəladə vəziyyət elan edilən İrkutsk vilayətinə gedib.