​İRAQLI DEPUTATDAN QƏRİBƏ İDDİA! - GERİ DÖNÜRLƏR

Baxış sayı:
4750

İraqda Peşmərgə ilə birgə təhlükəsizlik qüvvəsi yaradılacaq iddiası
Muxalifət.az xəbər verir ki, İraqda Kərkük və digər mübahisəli bölgələrdə Peşmərgənin də içərisində yer alacağı ortaq təhlükəsizlik qüvvəsi yaradılacağı iddia edilib.
“Kürdistan Yürdsevərlər Birliyi”nin Kərkükdən olan millət vəkili Rebvar Taha, Kərkükdə keçirdiyi bir mətbuat konfransında çıxış edərkən deyib: “Kərkük və digər mübahisəli bölgələrdə Peşmərgənin də içərisində olacağı ortaq bir qüvvənin qurulması ilə bağlı danışıqlar aparılır”.
Bu ortaq qüvvənin yaradılması üçün baş nazir Heydər əl İbadinin dəstəyinə ehtiyacları olduğunu bildirən Taha deyib: “Bu məsələdə Bağdad ilə Ərbil arasında aparılan danışıqlarda baş nazir İbadinin dəstəyinə ehtiyac var. Ortaq qüvvənin qurulmasının sürətləndirilməsində mərkəzi Bağdad hökumətinin rolu mühüm və təsirli olacaqdır”.
Bağdad ilə Ərbil arasındakı mübahisəli bölgələrdə təhlükəsizliyin yalnız mərkəzi hökumətə bağlı qüvvələr tərəfindən təmin edilməsini düzgün olmadığını iddia edən Taha deyib: “Peşmərgə, İŞİD terror təşkilatı ilə mübarizə dövründə göstərdiyi səylərin hazırda anlaşılmazlıq bölgələrindəki İŞİD qalıqlarına qarşı da göstərməyə qarşı da göstərməyə hazırdır”.
İraq Türkmən Cəbhəsi başçısı və Kərkük millət vəkili Erşat Salihi dünən verdiyi açıqlamada vaxtaşırı yaranan təhlükəsizlik problemlərinin bəhanə edilərək Kərkük və digər mübahisəli bölgələrdə təhlükəsizliyin təmin edilməsi məsələsinə Peşmərgənin daxil edilməsini istəmədiklərini bildirmişdi.
Qeyd edək ki, Peşmərgə qüvvələri Kərkük şəhərini 2017-ci il oktyabrın 16-da İraq ordusu, federal polis və Haşdi Şabi qüvvələrinə döyüşsüz təslim eləmişdi./Hurriyyet.org