​İraqın şimalında hərbi əməliyyatlar dayandırılıb

İraq hökuməti ölkənin şimalında həyata keçirdiyi əməliyyatları dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat İraqın Baş naziri Heydər əl-Abadi tərəfindən verilib. Baş nazir bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya bu gün İraq və Kürd qüvvələri arasında atəşkəs elan edib.
Yeni qərara görə, ölkənin şimalında hərbi əməliyyatlar 24 saatlıq dayandırılıb. Hökumətin fikrincə, atəşkəs İraq ordusunun qan tökülmədən bütün mübahisəli bölgələrdə yerləşdirilməsinə imkan yaratmalıdır.
Baş nazir onu da vurğulayıb ki, İraqın şimalındakı yerli hökümətin sərhəd-keçid məntəqələrini mərkəzi hakimiyyətin nəzarətinə veriləcək.