İraqın S-400 almasının GİZLİNLƏRİ...

Baxış sayı:
4780

Təhlükəsizliklə bağlı çətinliklər yaşayan Türkiyədən sonra İraq da Rusiyadan S-400 almağa qərarı verib.
 
ANKASAM Strateji Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Sencer İmer İraqın S-400 satın alma qərarının ABŞ-ın siyasətindən qaynaqlandığına diqqət çəkib. Sencer Imer “S-400-lər F tipli təyyarələrin hər cür havadan hücumunun qarşısını almaq qabiliyyəti ilə önə çıxır. İraq bölgədə hər hansı bir qarşıdurma olduğu təqdirdə tərəfsiz qalmaq istəyəcəkdir. Yaxın gələcəkdə İrana, ya da Türkiyəyə hücüm reallaşarsa, bu hücumda öz torpaqlarının və hava sahəsinin istifadə edilməsini istəməyən Bağdad rəhbərliyi, Rusiyadan S-400 almaqla bu problemi həll etmək istəyir" deyib.
 
"ABŞ PYD terror təşkilatına hava dəstəyi təmin edəcək"
 
Suriya və Yaxın Şərqdəki təhlükəsizlik problemini də qiymətləndirən İmer, bunları söyləyib:
“Suriya böhranında bənzər təhlükə də mövcuddur. Suriyada rejimə qarşı hücum etməyə hazır olan PYD qüvvələri mümkün hücumda hava dəstəyinə ehtiyac duyacaqlar. Gözlənildiyi kimi, bunu ABŞ hava dəstəyi ilə təmin edəcək. Təyyarələr ehtimal ki, İraqdakı bazalardan qalxacaq. Digər tərəfdən, Bağdad hökuməti Suriyaya qarşı hücumda ABŞ-ın tərəfdarı olmaq istəmir. Buna görə də, S-400 almaq qərarı İraq hökuməti tərəfindən qəbul edilən təhlükəsizlik problemlərinə əsaslanır. ABŞ-ın beynəlxalq sistemdə hegemoniyası bütün ölkələri narahat edir. S-400 batareyaları Amerika hegemonyasına qarşı qurulacaq güc balansında mühüm rol oynayacaqdır”.

Müxalifət.az