​İraqın ən böyük partiyasına KƏRKÜKDƏ HÜCUM

Baxış sayı: 47

Kərkükdə İslami Dava Partiyasının ofisinə hücum təşkil edilib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, təşkil edilən silahlı hücum zamanı heç kim xəsarət almayıb. Hücumdan sonra polis partiyanın binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, İslami Dava Partiyası İraqın ən böyük partiyalarından biri sayılır. Bu partiya Şiə Birləşmiş İraq İttifaqı koalisiyasına daxildir. İraqın Baş naziri Heydər Abadi bu partiyanın üzvüdür. Bu partiya iranyönlü siyasətin tərəfdarıdır. İrandakı hakim rejimlə bir sıra ideoloji fikir ayrılıqlarına rəğmən Tehran hələ də bu partiyaya böyük maliyyə yardımları ayırır.