İraqın keçmiş müsəlman(?) deputatı da Xankəndidən Azərbaycana qarşı danışdı...

Baxış sayı:
2830

Xəbər verdiyimiz kimi, dünən –oktyabrın 11-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində 30 ölkədən 150 nümayəndənin iştirakı ilə “Artsaxın dostları” adı altında üzdəniraq forum keçirilib.
Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,  forumda İraq parlamentnin keçmiş deputatı Mohammad əl Akeyli də iştirak edib.
Peyğəmbərimizin(s) adını daşıyan bu üzdəniraq müsəlman(?) öz çıxışında işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimi “müstəqil dövlət” kimi təqdim etməklə Azərbaycanın ərazi bütövlüyünü də təhdid edib. İraqın keçmiş deputatı “Azərbaycanı “Minsk Qrupunun vasitəçilik səylərinə hörmət etməyə” çağırıb.
Üzdəniraq iraqlı separatçı ermənilərlə dostluqdan danışaraq belə deyib:  
“... “Artsax” xalqı çox ağrılar yaşayb. İnanıram ki, Artsax xalqının və hökumətinin müstəqil dövlət qurmaq istəyi həyata keçiriləcək” -deyə Mohammad əl Akeyli. O,  separatçı-terrorçu rejim və İraq arasında parlament dostluğu qrupunun yaradılmasını da təklif edib.
P.S.  Azərbaycan XİN  və digər qurumlar müsəlman(!) dövləti sayılan İraq Respublikasının ölkəmizdəki səfirliyi vasitəsi ilə bu üzdəniraq keçmiş deputatın kimliyini araşdıracaq və onun barəsində müvafiq tədbirlər görülməsinə çalışmalıdır...