​İraqın baş naziri Türkiyəni hədələdi

Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində olan Türkiyə hərbçiləri ilə bağlı Bağdad və Ankara arasında gərginlik davam edir.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İraq baş naziri Haydar əl İbadi Kərbala şəhərinə ziyarəti zamanı bəyan edib ki, Türkiyənin heç bir şəkildə Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına qatılmasına icazə verməyəcəklər.
O, Türkiyəni təhdid edərək deyib ki, İraqda olan Türkiyə hərbi qüvvələrinə yerlərindən qımıldamamağı məsləhət görür. İbadi Türkiyənin İraqda hərbi qüvvə saxlamaq yönündə israrını təəccüblə qarşıladığını da söyləyib.
Qeyd edək ki, İraq Başika hərbi düşərgəsindəki Türkiyə hərbçilərinin çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına şikayət edib.