İraqın baş naziri Türkiyə səfəri öncəsində NƏLƏR DEDİ…

İraqın baş naziri İbadi Kərkükdən Türkiyəyə yenidən neft ixrac etmək istədiklərini deyib.
 
İraqın baş naziri Heydər əl-ibadi Kərkük-Ceyhan boru xəttindən Türkiyəyə yenidən neft ixrac etmək istədiklərini bildirərək, sabah Ankaraya edəcəyi səfər zamanı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, sərhəd qapısının nəzarəti və bölgə təhlükəsizliyini müzakirə edəcəklərini bildirib.
İbadi Bağdaddakı hökumət sarayında həftəlik mətbuat konfransı keçirib.
 
KƏRKÜKDƏN TÜRKİYƏYƏ YENİDƏN NEFT İXRAC ETMƏK İSTƏYİRİK
 
Ankaraya sabah edəcəyi səfərlə bağlı İbadİ," Türkiyədə, iki ölkə arasındakı ticari həcmin artırılması, digər iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, su məsələsi, sərhəd qapılarının nəzarəti kimi mühüm strateji məsələləri müzakirə edəcəyik. İraqdakı Kərkük strateji boru xəttindən (Kərkük-Ceyhan) Türkiyəyə yenidən neft ixrac etmək istəyirik", deyib.
 
CİDDİ İŞ BİRLİYİNƏ EHTİYACIMIZ VAR
 
Sonra İbadi sözlərini belə davam edib:
“Bölgənin təhlükəsizliyinin təmin olunması məsələsindəki perspektivimizi də Türkiyəyə çatdıracağıq. Bu sahədə ciddi iş birliyinə ehtiyacımız var və bununla bağlı yeni bir İraq-Türkiyə birgə perspektivini qeyd edəcəyik. Türkiyənin PKK-nın varlığı və bölgənin parçalanması ilə bağlı ciddi və haqlı narahatlıqları var. Referendumu da milli təhlükəsizliklərinə təhdid kimi görürdülər".
 
 PEŞMƏRGƏLƏR LİDERLƏRİNDƏN İMTİNA ETDİ
 
İbadi Kərkük və digər mübahisəli bölgələrdəki proseslərə dair isə “Peşmərgələr liderlərinə qarşı çıxaraq, onların dediklərindən imtina etdilər, bizim “qarşıdurmaya girməyin” çağırışlarımıza qulaq verdilər və bizimlə həmrəylik içərisində oldular. IKBY rəsmiləri Səddamın vaxtilə tutduğu mövqeni tutdular. İraqlıların öldürülməsi ilə şərəf duyurlar. Kürd vətəndaşlar bizim gözümüz və qəlbimizdədir", deyə, fikir bildirdi.
 
IKBY-nin MƏMUR MAAŞLARI MƏSƏLƏSİ
 
Sərhəd Məntəqələrinin də mərkəzi idarəetmə ilə təmin olunmasından sonra İbadi, xidmət aparmaq üçün İKBY-nin rəhbərlik etdiyi şəhərlərlə dialoqa girəcəklərini bildirərək, "Neft gəlirləri əlimizə keçdikdə oradakı məmurların maaşlarının ödənməsini də Bağdaddan həyata keçirəcəyik. Bu barədə müvafiq nazirliklərə göstəriş verdim" deyə, söyləyib.
 
IKBY-də MALİYYƏ POZĞUNLUQLARI BAŞ VERİR
 
İbadi IKBY-də maliyyə pozğunluqlarının baş verdiyinə diqqəti çəkərək, “Mərkəzi hakimiyyətə bağlı korrupsiyaya qarşı mübarizə və nəzarət qurumları Kürdüstan bölgəsindəki dövlət idarələrinə də girməli və nəzarət etməlidir”, deyə, bildirib.
 
APRELDƏ NAMİZƏD OLACAQMI?
 
Gələn il aprel ayında keçirilməsi gözlənilən seçkilərdə üzvü olduğu  partiyadan namizəd kimi qatılıb, qatılmayacağı sualına İbadi, "Hazırda əsas prioritetim İŞİD-lə mübarizə, ölkənin birliyini təmin etmək və xalqa xidmət etməkdir. Seçkilər işlərimin heç bir hissəsində yer almır", cavabını verib.

Müxalifət.az