İraqdan Şok TƏHDİD: DƏRHAL ƏMƏLİYYATA BAŞLAYARIQ

 İraq hökuməti, sərhəd qapılarının təhvil verilməsini gecikdirən və birlikdə idarəetmə təklifi edən IKBY-ni hərbi əməliyyatla təhdid edib.
 
İraqın baş naziir Heydər İbadi, 16 oktyabrda Peşmərgə qüvvələrinə qarşı başladığı hərbi əməliyyata cümə günü ara verdi. Ancaq buna baxmayaraq hələ də danışıqlarda Peşmərgə sərhəd qapılarını İraq ordusuna təhvil vermək istəmir. Çünki sərhəd qapılarının İraq ordusuna təhvil verilməsi təkcə Bərzani səltənəti üçün deyil, həm də ABŞ üçün sərfəli deyil. ABŞ-ın həm İraqda, həm də Suriyada bir “sərhəd qapıları” strategiyası var. Məhz bu plana uyğun olaraq hər iki ölkədə Pəşmərgə və PKK terrorçuları bütün sərhəd qapılarını işğal edib, nəzarətdə saxlayırlar. Bu da hər iki ölkədə olan terrorçular və Peşmərgə arasındakı əlaqələrə imkan verdiyi kimi, həm də onların ABŞ tərəfindən silahlandırılması və lojistik dəstəyin verilməsinə şərait yaradır. Bu günə qədər İraq ordusu demək olar ki, Suriya ilə sərhəddə yerləşən Fişhabur məntəqəsindən başqa bütün sərhəd qapılarını nəzarətə götürüb. Sonuncu Fişhabur qapısının təhvil verilməsinə də ABŞ əngəl olur. Çünki bu sonuncu qapı İraq ordusunun nəzarətinə keçərsə, ABŞ Ərbil üzərindən Suriyadakı PKK/PYD terrorçularına silah daşıya bilməyəcək. Bu gün Bərzani tərəfindən verilən “Türkiyə ilə sərhəddə İraq ordusu ilə Peşmərgə birgə yerləşsinlər, ABŞ koalisiyası da nəzarət etsin” təklifinin məhz ABŞ-dan gəldiyini və onun strategiyasına xidmət etdiyini rahatca demək olar.
Danışıqlar prosesi göstərir ki, hadisələr yenidən qarşıdurmaya doğru inkişaf edir. Çünki Bərzaninin təklifi heç cür İraq hökümətini qane etmir. Ayrıca sərhəd qapılarının təhvil verilməməsi bir yana, İKBY ərazisindən keçən Kərkük-Ceyhan neft xəttinin İraq hökümətinə təhvil verilməsi məsələsi də daşa dirənib. Belə davam edərsə,  problemlərin güc yolu ilə həllinə üstünlük veriləcək ki, hansı ki, bu yöndə İraq Ordusunun təhdid dolu açıqlamaları oldu.
Onu da qeyd edək ki, İraqın baş naziri İbadi atəşkəsin məqsədinin İraq əsgərlərinin mübahisəli ərazilərdə və sərhəd qapılarında heç bir əngəllə qarşılaşmadan nəzarəti ələ almaları üçün edildiyini söyləyib.
Müxalifət.az