İRAQDAN ŞOK ADDIM: Referendum keçirənlər həbs olunur

İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı yeni qərar qəbul edib. 
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mediası informasiya yayıb. 
Məlumata görə, İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində müstəqillik referendumunu keçirən Ali Seçki komissiyasının sədri və komissiya üzvləri barədə həbs qərarı verib. 
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib.